Azərbaycanda 10 BOKT-un mənfəəti azalıb
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 21-nin ötən il (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.
Bunlar, “Kəpəz”, “İDK”, “Optimal Finance”, “İnkişaf üçün maliyyə”, “International”, “Asel Kredit”, “PSG Finans”, “MJ Financial Services”, “Premier Kredit”, “City Finance”, “Qafqaz Kredit”, “İdeal Kredit”, “Avrasiya-Kredit”, “TBC Kredit”, “Kredex”, “FİNKA Azərbaycan”, “Finoko”, “Pro-Kredit”, “Viator Mikrokredit Azərbaycan”, “MCB” və “Azəri Star Mikromaliyyə” BOKT-lardır. Ən yüksək dinamika “Kəpəz”də (18 dəfə), ən aşağı dinamika isə “Azəri Star Mikromaliyyə”də (8%) qeydə alınıb.
10 BOKT-un – “Embafinans”, “M Bulak”, “Aqrarkredit”, “Finans Kredit”, “Merkuri”, “Kredit Servis”, “Regional”, “Brand Credit”, “Falcon Finance” və “TCF”in isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Embafinans”da (5%), ən az azalma isə “TCF”də (67%) qeydə alınıb.
1 BOKT-un – “Effektinvest”in (xalis) mənfəəti dəyişməyib.
8 BOKT-un – “Caspian İnvest”, "Azinvestkredit", “FNC”, “Birkart”, “Azərbaycan Mikro-Kredit”, “Finans İnvest”, “Finex Kredit” və “SF Azerbaijan”ın (xalis) zərəri artıb, 4 BOKT-un – “Azkredit”, “İcraçı Kredit Agentliyi”, “Prior Credit” və “Para”nın isə (xalis) zərəri azalıb.
4 BOKT – “Azpul”, “Fintrend”, “Kredaqro” və “Nas Project” 2022-ci ili (xalis) mənfəətlə, 2021-ci ili (xalis) zərərlə, 2 BOKT - “Azfinans” və “Azmikroinvest” ötən ili (xalis) zərərlə, əvvəlki ili isə (xalis) mənfəətlə başa vurub, 1 BOKT-un - “Finkapital”ın 2022-ci ildə mənfəəti olsa da, 2021-ci ildə nə mənfəəti, nə də zərəri olmayıb, 1 BOKT-un - “Aset Maliyyə Texnologiyaları"nın isə ötən il zərəri olsa da, əvvəlki il nə mənfəəti, nə də zərəri olmayıb. Odur ki, bu kredit təşkilatlarının (xalis) mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
6 BOKT-un ötənilki (xalis) mənfəəti 2,5 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 15-i ötən ili zərərlə başa vurub.
Bunlar, “Azfinans”, “Azmikroinvest”, “FNC”, “Azəri Star Mikromaliyyə”, “Caspian İnvest”, “Aset Maliyyə Texnologiyaları”, “Finans İnvest”, “İcraçı Kredit Agentliyi”, “Azinvestkredit”, “Birkart”, “Azərbaycan Mikro-Kredit”, “Prior Credit”, “SF Azerbaijan”, “Finex Kredit” və “Para” BOKT-lardır. Zərərin ən yüksək həddi “Para”da 1,825 milyon manat), zərərin ən aşağı həddi isə “Azfinans”da (3 min manat) qeydə alınıb.
Qalan 37 BOKT isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 6-da bu göstərici 2,5 milyon manatdan çox olub. Bunlar, “PSG Finans” (5,467 milyon manat), “Azpul” (3,541 milyon manat), “FİNKA Azərbaycan” (3,267 milyon manat), “Embafinans” (3,17 milyon manat), “City Finance” (3,06 milyon manat) və “M Bulak” (2,9 milyon manat) və BOKT-lardır.
Qalan 31 BOKT-dan 8-nin (xalis) mənfəəti 1-2,5 milyon manat arasında, 14 BOKT-un (xalis) mənfəəti 100 min manatdan 1 milyon manata qədər, 9 BOKT-un (xalis) mənfəəti isə 100 min manatdan azdır.
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)


.jpg)






