“Azərsığorta”dan Rusiyaya işgüzar səfər
Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və aparıcı sığorta şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfər etmişlər.
Səfər çərçivəsində Azərbaycan sığortaçıları ilə Ümumrusiya Sığortaçılar Birliyi və Rusiya Avtomobil Sığortaçıları Birliyinin rəhbərliklərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Qeyd edək ki, “Azərsığorta" şirkətinin İdarə Heyəti sədrinin müşaviri, ASA-nın ekspert qrupunun üzvü Ceyhun Qurbanlı da bu görüşdə iştirak etmişdir.
Rusiyanın ən böyük sığorta şirkətlərindən olan "Alfa-straxovanoe", həmçinin “Straxovoy Dom BCK” şirkətlərinin baş idarələrində keçirilən görüşlər zamanı “Zərərlərin vahid sistem üzərindən hesablanması” və “Vahid tənzimləmə” ilə bağlı Rusiya təcrübəsi ilə yaxından tanış olmuşlar, eyni zamanda bu təcrübənin Azərbaycan sığorta bazara uyğunlaşdırma imkanlarını araşdırmışlar. Tərəflər həmçinin iki ölkə arasında təcrübə mübadiləsinin yeni prioritetlərini də müzakirə etmişdirlər.
Onu da əlavə edək ki, müvafiq səfər Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında 2021-ci ildə imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində təşkil olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





























