Bu sahibkar böyük şirkətlərdən daha çox ixrac gəliri əldə edib - 52,5 MİLYON DOLLAR
Şirinov Elvin Valeh oğlu 2023-cü ilin yanvar-iyun ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 2-ci yeri tutub.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir ki, Şirinov 2023-cü ilin 6 ayında 52,5 milyon dollarlıq mallar ixrac edib. Fərdi sahibkarın ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıb. O, 2022-ci ilin 6 ayında 13,2 milyon dollarlıq ixraca nail olmuşdu.
Elvin Şirinov ixracın məbləğinə görə yalnız pambıq istehsalçısı olan "MKT İstehsalat Kommersiya" MMC-dən geri qalır.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın "Yanvar 2023" sayında 2022-ci ilin yanvar-dekabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqini dərc etmədiyindən ötən il Elvin Şirinovun ixrac məbləği məlum deyil. Onun ixracının məbləği 2022-ci ilin yanvar-noyabr dövründə 41,5 milyon dollara çatmışdı və reytinqdə 5-ci yeri tutmuşdu.
2021-ci ildə Elvin Şirinov qeyri-dövlət (özəl) ixracatçı subyektlərinin reytinqində yer almamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















