Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vətəndaşlar "SalamDoktor" platforması ilə həkimlərin qəbul növbəsində birinci olacaqlar

Artıq Azərbaycanda, vətəndaşlar "SalamDoktor" telesəhiyyə platforması vəsitəsi ilə ölkənin ən etibarlı həkimlərinin qəbul növbəsində hər zaman birinci olacaqlar.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vətəndaşlar "SalamDoktor" platforması ilə həkimlərin qəbul növbəsində birinci olacaqlar
SalamDoktor

(®) 27 may 2022-ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət ediblər. 

Söhbət zamanı Danimarkada yaşayan professor Məsud Aşina yaradılmış şərait və fürsətlər üçün Azərbaycan Respublikası Prezidentinə öz minnətdarlığını bildirmiş və bu texnologiyalarının əsas məqsədinin teletibb imkanından maksimum istifadə edərək hər zaman Qarabağ və Zəngəzur zonasında yaşayan vətəndaşlara tibbi xidmətin göstərilməsi vacib olduğunu qeyd etmişdir.

Reklam_3_11

Prezident İlham Əliyev bu təşəbbüsə qoşulduğu üçün professor Məsud Aşinaya və digər həkimlərə minnətdarlığını bildirmiş və qeyd edilən platformanın həyata keçirilməsində xaricdə yaşayan soydaşlarımız mühüm rolunu vurğulamışdır. Əlavə olaraq, Prezident İlham Əliyev azad edilmiş torpaqları müasir texnologiyalara əsaslanmış böyük bir məkan kimi  görmək istəyini ifadə etmiş və yüksək texnologiyaların, o cümlədən tibb sahəsində və digər sahələrdə tətbiqinin əhəmiyyətini vurğulamışdır. 

Yuxarıda qeyd edilən təşəbbüsün davamı olaraq, ilkin mərhələdə baş ağrısı və miqrendən əziyyət çəkən Ağalı kənd sakinlərinə “Salam Doktor” telesəhiyyə platforması üzərindən və baş ağrıları üzrə ixtisaslaşmış həkim Sərxan Əmirquliyevin dəstəyi ilə professor Məsud Aşina tərəfindən konsultasiya keçirilmişdir.

Ümumilikdə layihə çərçivəsində 200-dən çox sakin baş ağrısı mövzusunda sorğuda iştirak etmişdir. Onların 40%-i müxtəlif növ baş ağrılarından şikayət etdiklərini bildirmişlər. Həmin sakinlər ilə fərdi təkrar konsultasiyalar həyata keçirilərək diaqnozları dəqiqləşdirilmiş və müvafiq tövsiyyələr verilmişdir. Bir qrup sakində isə xroniki baş ağrılarının olması şübhəsi yaranmışdır, bu səbəbdən daha dəqiq diaqnozun qoyulması məqsədi ilə 26 İyul 2023-cü il tarixində həmin sakinlər ilə Professor Məsud Aşinanın görüşü həyata keçirilmişdir.

Onlayn Həkim qəbulu Ağalı kəndi ilə Kopenhagen şəhəri arasında videokonfrans formatında SalamDoktor platforması vasitəsilə baş tutmuşdur.

Bütün bu fəaliyyətlər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

həkimlər
27.07.2023 16:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ