BOKT “İnternational” sürətlə böyüyür, filiallarının sayı 35-ə çatdı
Kredit təşkilatı 5 yeni filialını açaraq cəmi sayını 35-ə yüksəldib. Daha 20 filialın açılması nəzərdə tutulur.Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational” ASC sürətlə böyüyür. Kredit təşkilatı filial şəbəkəsini genişləndirir.
Belə ki, ölkənin aparıcı bank olmayan kredit təşkilatlarından olan BOKT “İnternational” ASC Bakı şəhərində “Gənclik”, “Əhmədli”, Sumqayıt şəhərində “Sülh”, Tovuz rayonunda “Qovlar”, Sabirabad rayonunda “Sabirabad” yeni filiallar açaraq filial sayını 30-dan 35-ə yüksəldib.
Azərbaycanın maliyyə bazarında aparıcı mövqeyi və müştəriləri arasında yüksək etibarı ilə seçilən BOKT “İnternational” ASC nizamnamə kapitalının artırılmasına qərar verib. Qərara əsasən təşkilatın nizamnamə kapitalı əlavə 3 milyon manat artırılaraq hazırkı 5 milyon manatdan 8 milyon manatadək yüksəldilib.
Strateji hədəf olaraq yaxın gələcəkdə filialların sayını 55-ə çatdırılması planlaşdırılır.
BOKT “İnternational” ASC 21.05.2013-cü il tarixindən Bakı və regionlarda 10 ildən çoxdur Mərkəzi Bank tərəfindən verilmiş lisenziyaya əsasən fəaliyyət göstərir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşqul olur.
Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) hesabına güzəştli sahibkarlıq kreditlərinin ayrılması üzr müvəkkil kredit təşkilatları sıralarındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







