Gürcüstan sovetdən qalma müəssisələri simvolik qiymətə xarici investorlara verir
ZARA və MANGO məhsuları Gürcüstanda istehsal olunacaq
Gürcüstanın Quriya bölgəsində dünya şöhrətli ZARA və MANGO brendləri üzrə geyimlərin istehsal olnacağı müəssisənin açılması planlaşdırılır. "Marja" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Quriya bölgəsinin qubernatoru Georgi Salukvadzenin bu müəssisənin detalları barədə danışıb.
Onun sözlərinə görə, bu məsələ üzrə danışıqlar artıq başa çatmaq üzrədir və yekun nəticələr yaxın vaxtlarda açıqlanacaq.
"Layihə bir neçə mərhələdən ibarətdir və müəssisələrin tikintisi bir neçə milyon dollar sərmayə qoyulacaqdır," - qubernator deyib.
Məlum olduğu kimi, Gürcüstanda tikiş fabriklərinin tikintisi ilə bir neçə iri türk istehsalçıları, xüsuilə ENA Textile maraqlanır.
ZARA və MANGO- geyimlərinin tikiləcəyi fabrikdən başqa, dünyanın tanınmış 10 brendləri üzrə geyimlərin tikilməsi ilə məşğul olacaq ikinci fabrik də tikiləcək Hər iki fabrikdə ümumilikdə 300-500 nəfər işləyəcək.
İnvestorlar, müəssisələrin tikintisi üçün yer seçmək üçün artıq bir neçə dəfə Gürcüstanda olmuşlar.
"Böyük ehtimalla, fabriklər Ozurgeti şəhərində, köhnə, sovet dövründən qalma çay fabrikinin yerində tikiləcək. Hələlik bu ərazi dövlətin mülkiyyətidir, lakin əgər investorlar məhz bu yerdə fabrikin tikilməsi haqda qəti qərar qəbul etsələr, həmin ərazi simvolik qiymətə onlara veriləcək" - qubernator deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























