Coca-Cola Azərbaycanın bol hədiyyəli musiqi kampaniyası davam edir
8 həftədə minlərlə insan hədiyyə qazanıb. Coca-Cola -nın “Musiqi 2023” kampaniyası davam edir.(®) Coca-Cola Azərbaycanın 1 iyunda start verdiyi yayın əyləncəli kampaniyası “Musiqi 2023” davam edir.
“Musiqi 2023” kampaniyası istehlakçılara minlərlə möhtəşəm hədiyyə qazanma şansı təqdim edir.
Hazırda davam edən və 24 avqustda yekunlaşacaq kampaniyada iştirak etmək üçün 0.5 L həcmində olan “Coca-Cola Classic”, “Coca-Cola Sıfır Şəkər”, “Fanta Portağal” və “Sprite” məhsullarının gümüşü qapaqlarının altındakı promo kod ilə qeydiyyatdan keçmək kifayətdir.
Gümüşü qapağın altındakı unikal kodu 2 vasitə ilə qeydiyyatdan keçirmək olar:
• Kodu “7676” nömrəsinə SMS vasitəsilə göndərmək,
• music.coca-cola.az internet saytı vasitəsilə qeydiyyatdan keçmək.
Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, kampaniya 8-ci həftəsini tamamlasa da, istehlakçılar kamapaniyada iştirak üçün ilk gün olduğu qədər aktiv və həvəslidirlər:
“Şadıq ki, “Musiqi 2023” kampaniyası cəmiyyətdə rəğbət formalaşdıra bilib. Hər gün bazamıza minlərlə iştirakçı əlavə olunur. Artıq tamamlanmış 8 həftədə minlərlə insan hədiyyə qazanıb. Düşünürəm ki, kampaniyamızda olan dəyərli hədiyyələr bir çox insan üçün bu yayı unudulmaz edir”.
Kampaniyanın ilk 6 tirajında Almaniyada “Lollapalooza” musiqi festivalına iştirak üçün bilet uduşu da oynanılıb. Artıq seçilmiş 24 nəfər qalib sentyabr ayında Almaniyaya yola düşəcəklər.
Xatırladaq ki, iştirakçılar hər tirajda 500 ədəd brendinqli səsgücləndirici, 150 ədəd brendinqli qulaqlıq, 20 ədəd Apple homepod mini-ağıllı səsgücləndirici, 10 ədəd Apple Airpods, 5 ədəd Apple Iphone 14 128 GB olmaqla ümumilikdə 8,232 hədiyyə qazanmaq şansı əldə edirlər.
Qeyd edək ki, bundan əvvəl Coca-Cola Azərbaycan ötən yay “Musiqi 2022” kampaniyasını həyata keçirmişdi. Coca-Cola Azərbaycanın kampaniyaları barədə daha ətraflı məlumatla coca-cola.az saytında tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 10 d. əvvəl
-
1 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
1 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
3 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















