Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlər Qrupu mühəndislik üzrə tələbələri və məzunları iş təcrübəsi qazanmağa dəvət edir

STP Şirkətlər Qrupu gəncləri iş təcrübəsi qazanmağa dəvət edir. Artıq 30-dan çox gən STP komandasının üzvü olub. Mühəndislik üzrə təhsilin sonuncu ilində və ya yeni məzun olan gənclər dəvət olunurlar.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər Qrupu mühəndislik üzrə tələbələri və məzunları iş təcrübəsi qazanmağa dəvət edir

(®) STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramına gənc istedadların cəlb olunması davam edir.

Artıq 1000-dən çox müraciətçi arasından xüsusi seçim mərhələlərindən keçmiş 30-dan çox gənc istedad 3-cü aydır ki, İnkişaf programının iştirakçısı və STP komandasının bir üzvüdür.

Qabaqcıl texnologiya və təcrübəni özündə cəmləşdirən Sumqayıt Texnologiyalar Parkına daxil olan sənaye şirkətləri ölkənin qeyri-neft sektorunun inkişafı və insan kapitalının gücləndirilməsi missiyasını uğurla icra edir. Nəinki bu günki əmək bazarının, həmçinin gələcəyin rəqabətədavamlı, ixtisaslı mütəxəssislərlə təmin olunması və milli kadr potensialının daha da inkişaf etdirilməsi niyyətinə daim sadiq qalan STP istehsalatın mühəndislik və texniki peşələr sahəsində xüsusi potensialı və istəyi olan gənclərin müəyyən edilməsi və yetişdirilməsi üçün ödənişli “Sabahın Gücü” İnkişaf Proqramını davam etdirir.

Həm özünü, həm də vətənimizin qeyri-neft sektorunu inkişaf etdirmək amalının daşıyıcısı olan, Azərbaycanda və xarici ölkələrdə mühəndislik ixtisası üzrə ali və texniki təhsil pilləsinin sonuncu ilində tədris alan və ya yeni məzun olan dəyərli gənclərimizi regionun ən böyük texnoparkında xarici və yerli mütəxəssislərdən iş təcrübəsi qazanmaq üçün inkişaf proqramına qoşulmağa dəvət edirik!

“Həvəslisən, demək, güclüsən” mottolu “Sabahın gücü” inkişaf proqramının üstünlükləri:

• Sahə üzrə yerli və xarici mütəxəssislərdən praktiki və iş dünyası üçün vacib nəzəri biliklərin əldə olunması

• Komanda işi və korporativ həyatla tanışlıq imkanlarının qazanması

• Unikal istehsalat təcrübəsi

• Yeni dostlar və peşəkar əlaqələrin əldə olunması

STP-nin “Sabahın Gücü” İnkişaf Proqramının təqdim etdiyi imkanlardan faydalanaraq gələcək karyerasında ilk addımı atmaq istəyən gənclər [email protected] ünvanına müraciət edib ətraflı məlumatları əldə edə bilərlər.

STP şirkətlər Sabahın Gücü gənclər Sumqayıt Texnologiyalar Parkı
08.08.2023 09:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ