Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bugün mühüm məlumatlar açıqlanacaq, qiymət dəyişikliklərini gəlirə çevirmək imkanı olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bugün mühüm məlumatlar açıqlanacaq, qiymət dəyişikliklərini gəlirə çevirmək imkanı olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Bugün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.

Qeyd edilən önəmli məlumatlardan yararlanaraq qiymət dəyişikliklərini gəlirə çevirə bilərsiniz - TİCARƏT HESABI AÇIN

ÜMUMİ MƏLUMAT

Hər ayın ilk həftəsi olduğu kimi bu ayın da ilk həftəsinin cümə günü ABŞ-dan vacib iqtisadi göstəricilər açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatına sahib ABŞ ilə bağlı göstəricilər bazar iştirakçıları tərəfindən hər ay böyük maraqla gözlənilir. Söhbət təbii ki, işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatında məşğulluq (ing. NFP) və əmək haqqlarının artım göstəricilərindən gedir..

NƏ GÖZLƏNİLİR?

FED-in monetar siyasətdə izlədiyi yol xəritəsində əsas həlledici meyarlardan olan əmək bazarına dair statistik göstəricilərə baxdıqda ABŞ-da məşğulluğun və işsizlik səviyyəsinin ötən ay ilə müqayisədə azaldığı görünür. Belə ki, ötən ay məşğulluğun 209000 nəfər artdığı açıqlanmışdısa, bu gün açıqlanacaq göstəricinin 200000 olacağı proqnozlaşdırılır. Qeyri-kənd təsərrüfatında yeni açılacaq işyerlərinin sayının baza həddi hesab edilən 200000-nin üzərindəki mövqeyini qoruyacağı ehtimalı ölkə iqtisadiyyatı üçün müsbət hal kimi qarşılana bilər. Əvvəlki göstəriciyə nəzərən göstəricinin aşağı proqnozlaşdırılması, "NFP"-nin artım dinamikasının zəifləməsi, sərt monetar siyasətin fəsadlarının əmək bazarında hiss edilməyə bəşlanıldığı deməkdir. Bu da, bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmaya bilər. İşsizlik səviyyəsi göstəricisinin isə əvvəlki ayla müqayisədə dəyişməyəcəyi proqnozlaşdırılır. Bu da investorlar tərəfindən ümumilikdə ABŞ iqtisadiyyatı üçün müsbət hal kimi dəyərləndirilə bilər. Qeyd edək ki, iyun ayı üçün bu göstərici 3.6% açıqlanmışdı. İyul ayında da işsizlik səviyyəsinin 3.6% olaraq açıqlanacağı ehtimal edilir. Orta saatlıq əmək haqlarının aylıq müqayisədə 0.1% azalaraq 0.4%-dən 0.3%-ə düşəcəyi ehtimal olunur. İllik müqayisədə də orta saatlıq əmək haqlarının 0.2% azalaraq 4.4%-dən 4.2%-ə düşəcəyi proqnozlaşdırılır. Əmək haqlarında azalmanın olması, FED-in inflyasiya hədəflərinə çatması üçün monetar siyasətlə bağlı qərarlarında daha ehtiyyatla davranmasına səbəb ola bilər. Xatırladaq ki, FED-in iyul toplantısında faiz dərəcələrini 0.25% artırıb. Avqust toplantısında isə faiz dərəcələrinin dəyişdirilməyəcəyi daha yüksək ehtimal olaraq qiymətləndirilir.

BİRJALARA TƏSİRİ

Göstəricilərin faiz qərarına ciddi təsiri imkanlarını nəzərə alaraq, ABŞ-da tam məşğulluğun təmin edildiyi 2019-cu ilə nəzərən hazırki dövrdə bazar məşğulluqla bağlı göstəricilərə qarşı daha həssas davranır. İqtisadiyyatda inkişafın və sabitliyin yenidən bərpa olması və yüksək inflyasiya ilə mübarizədə FED-ə daha geniş imkanlar yaratması, bu göstəricilərin hansı istiqamətdə dəyişəcəyindən asılıdır. Bu səbəbdən iqtisadi göstəricilərin açıqlanması zamanı dolların digər valyutalar üzrə məzənnəsində, eləcə də qızıl və neft qiymətlərində ani dalğalanmalar baş verə bilər.

Belə ani dalğalanmalar qısa zamanda yüksək gəlirlilik imkanı yaratdığı kimi mövcud əməliyyatlarda risklərin də artmasına səbəb olur. Bakı vaxtı ilə 16:30-da açıqlanacaq məlumatlar öncəsi əməliyatlar üçün risk səviyyələri müəyyənləşdirilməli və dözümlülüyün təmin edilməsi məsləhət görülür.

Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “InvestAZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

04.08.2023 10:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ