"2025-ci ilin sonunadək Azərbaycanda istehsalın inkişafına əlavə 25 milyon manat sərmayə yatıracağıq!
Danimarkanın “Carlsberg Group” pivə korporasiyası Azərbaycanda istehsalın təşkilinə və inkişafına ümumilikdə 65 milyon manat sərmayə qoyub və 2025-ci ilin sonunadək daha 25 milyon manat vəsait yatıracaq.
Bunu “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis deyib.
“Bu gün “Carlsberg Azerbaijan” şirkətinin ölkə iqtisadiyyatına investisiyaları 65 milyon manat təşkil edib. 2025-ci ilin sonuna qədər istehsalın lokallaşdırılmasına əlavə 25 milyon manat vəsait yatırılacaq”, - deyə o, bu gün bildirib.
Baş direktorun sözlərinə görə, İmişlidə yeni arpa emalı zavodunun tikintisi (“Azərşəkər” MMC tərəfindən) “Carlsberg Azerbaijan”ın xammala tələbatının tam ödənilməsinə imkan verəcək. “Bu, bizə məhsul istehsalını lokallaşdırmağa və ixracı təmin etməyə imkan verəcək”, - deyə Antulis qeyd edib.
O əlavə edib ki, “Carlsberg Azerbaijan” hər il dövlət büdcəsinə 35-38 milyon manat məbləğində vergi ödəyir.
Baş direktor qeyd edib ki, yerli bazarda şirkətin payı təxminən 70% təşkil edir.
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə 250 nəfərə yaxın işçi çalışır. “Carlsberg Azerbaijan”ın portfelində “Xırdalan”, “Baltika”, “Əfsanə”, “Carlsberg”, “Kronenbourg 1664 Blanc”, “Seth&Riley`s Garage” və s. pivə brendləri var.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
56 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















