Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda toxum sərgi-satış yarmarkalarına start verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda toxum sərgi-satış yarmarkalarına start verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Şəki şəhərində keçirilib. 

Bu il ilk dəfə olaraq toxum sərgi-satış yarmarkaları  Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilir. Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Şamaxı, Ağstafa, Qusar, Ağcabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında toxum-sərgi satış yarmarkaları təşkil olunacaq.

Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Toxum sərgi-satış yarmarkaları ilə bağlı hazırlanmış səyyar karavan vasitəsilə mövsüm boyu Azərbaycanın 30-dan artıq bölgəsində fermerlərə məlumatlar təqdim olunacaq.

Şəkidəki festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun  olaraq müxtəlif kənd təsərrüfatı texnologiya və məhsulların nümayişi, eləcə də fermerlərin maarifləndirilməsi üzrə təlimlər keçirilib. 

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Sərgidə dənli, (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş olunub. 

Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilib. 

Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkasının keçiriləcəyi Aqrar İnnovasiya Festivalı avqustun 18-də Şamaxı rayonunda təşkil olunacaq.

12.08.2023 12:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ