Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Həyatın yığım sığortası” ilə kredit xəttinin açılması dayandırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Həyatın yığım sığortası” ilə kredit xəttinin açılması dayandırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədə fəaliyyət göstərən bütün həyat sığortası şirkətləri “Həyatın yığım sığortası” məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırırlar.

Bu barədə sığorta şirkətlərindən bildirilib.

Belə ki, bu ilin sentyabrın 1-dən heç bir həyat sığortası şirkəti kredit xətti təklif etməklə müştərini bu məhsulun əldə edilməsinə cəlb edə bilməyəcək.

Qeyd edək ki, "Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əmək haqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5 %-lə kredit xətti təklif edirlər.

Nəticədə isə, “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əmək haqqının əsas hissəsindən 50 % və ya 72 % (ə/h-dan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.

Kredit xəttinin üstünlüyü ondan ibarətdir ki, əmək haqqının əsas hissəsinin sığortaya ödəməklə güzəştlərdən daha çox faydalanmaq imkanı ilə yanaşı, kredit borcunun və kredit faizinin ödənilməsi müddətinin sonunda yığım hesabı vasitəsi ilə qaytarılmasıdır.

Xatırladaq ki, Azərbaycanda 5 həyat sığorta şirkəti fəailiyyət göstərir.

© “Report”

kredit xətti
25.08.2023 13:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ