Həyatın yaşam sığortasına tətbiq edilən məhdudiyyətin məqsədi açıqlandı
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Həyatın Yaşam Sığortası növündə edilmiş dəyişikliyi şərh edib.
ASA-dan Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, Həyatın Yaşam Sığortası məhsulunda kredit xəttindən istifadədəki dəyişikliklə bağlı yaranan suallara cavab olaraq bildiririk ki, Həyatın Yaşam Sığortası ölkənin sığorta sektorunun ümumi inkişafına, iqtisadiyyatda uzunmüddətli yığım mənbələrinin formalaşmasına, bununla da əhalinin rifahının yüksəldilməsinə töhfəsini verməyə davam edir.
Bu məhsulun imkanlarının effektiv reallaşdırılması ilə əhalini uzunmüddətli yığıma daha fəal təşviq etmək, bununla da sektorun, eləcə də bu məhsulun istifadəçilərinin ölkə iqtisadiyyatı üçün vacib olan investisiya fəallığının genişləndirilməsi məqsədilə bazarın həyat sığortası iştirakçıları, 5 Həyat Sığortası şirkəti, Azərbaycan Sığortaçılar Assosiyasiyasının (ASA) tərkibində müzakirələr nəticəsində 01.09.2023-cü il tarixindən etibarən həyatın yaşam sığortası məhsuluna qoşulma zamanı kredit xəttindən istifadəni təklif etməyəcəklər.
Bu məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə sığorta olunanlarda uzunmüddətli yığım mədəniyyətinin artırılması, eyni zamanda məhsulun iqtisadiyyatda uzunmüddətli vəsaitlər generasiya edilməsində sektorun töhfəsinin artırılmasıdır.
Qeyd edilib ki, bu şərt qeyd olunan tarixdən əvvəl yaradılmış müqavilələrə şamil edilmir. ASA bütün sığorta iştirakçıları ilə birlikdə sığorta bazarının inkişafı, eləcə də məhz həyat sığortasının insanlarımızın həyatına dəyər qatması istiqamətində fəaliyyətini daha da genişləndirəcəkdir.
Qeyd edək ki, "Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əməkhaqqının bir hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara aşağı faizlə kredit xətti təklif edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
9 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
41 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















