Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş icraçı direktoru ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş icraçı direktoru ilə görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin ölkəmizin enerji təhlükəsizliyi və regionun iqtisadi inkişafı baxımından strateji əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) layihəsi üzrə qaz hasilatına başlanılmasının və bu münasibətlə təşkil olunan tədbirin tarixi əhəmiyyəti qeyd olunub. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırıqları rəhbər tutaraq, bu istiqamətdə görüləcək işlər müzakirə edilib.

Görüşdə, həmçinin İHS layihəsi üzrə cari əməliyyatlar, texniki və texnoloji təhlükəsizlik sistemləri, habelə ​“Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə atılan addımlar və enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

01.09.2023 11:06
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18