Qarabağdakı ermənilər ABŞ və İsrail təyyarələrinə də radiomaneələr tətbiq etdi
Müdafiə Nazirliyinin məlumatı:
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.
Sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranmışdır.
Qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 saat əvvəl
"PAŞA Kapital"ın gəlirləri artıb, ötən ili mənfəətlə başa vurub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13 saat əvvəl
Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!
-
14 saat əvvəl
ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!
- 14 saat əvvəl