Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

AZAL: "Təxirə salınan İstanbul-Bakı aviareysi bu gün günorta yerinə yetiriləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL: "Təxirə salınan İstanbul-Bakı aviareysi bu gün günorta yerinə yetiriləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sentyabrın 1-də J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin bu gün günorta saatlarında yerinə yetirilməsi gözlənilir.

"Marja" AZAL-a istinadən xəbər verir ki, bu reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

Reklam_3_11

Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.

Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

AZAL yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görür.

02.09.2023 11:00

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar