Dövlət Vergi Xidmətinin strukturunda dəyişiklik edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına daxil olan qurumların sayı 21-dən 24-ə çatdırılıb.
Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.
Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş idarəsi, Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsi, Vergi ombudsmanı xidməti baş idarəsi əlavə edilib.
Həmçinin aparata daxil olan İqtisadi təhlil və uçota nəzarət baş idarəsi İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinə, Protokol bölməsi isə Protokol şöbəsinə çevrilib. Xidmətin strukturunda Maliyyə monitorinqi şöbəsi yaradılıb.
Bundan başqa, Xidmətin strukturuna 22 yerli qurum da daxildir.
Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar aşağıdakılardı: 2 saylı Ərazi Vergilər Baş İdarəsi, 3 saylı Ərazi Vergilər İdarəsi, 4 saylı Ərazi Vergilər İdarəsi, 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 9 saylı Ərazi Vergilər İdarəsi, 10 saylı Ərazi Vergilər İdarəsi, 11 saylı Ərazi Vergilər Baş İdarəsi, 12 saylı Ərazi Vergilər Baş İdarəsi, 13 saylı Ərazi Vergilər İdarəsi, 14 saylı Ərazi Vergilər İdarəsi, Ağdam Rayon Vergilər Şöbəsi, Cəbrayıl Rayon Vergilər Şöbəsi, Zəngilan Rayon Vergilər Şöbəsi, Qubadlı Rayon Vergilər Şöbəsi, Kəlbəcər Rayon Vergilər Şöbəsi, Laçın Rayon Vergilər Şöbəsi, Füzuli Rayon Vergilər Şöbəsi, Şuşa Rayon Vergilər Şöbəsi, Xocalı Rayon Vergilər Şöbəsi, Xocavənd Rayon Vergilər Şöbəsi.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















