ƏN TEZ 1 saylı Bakı DOST mərkəzində də istifadəyə verilib
ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir3 saylı Bakı DOST mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda nazirliyin istifadəyə verilmiş növbəti innovativ – “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə yerindəcə müraciət etməklə məsafədən zəruri ədliyyə xidmətlərinin göstərilməsi imkanı yaradılıb.
Marja.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, böyük vətəndaş məmnunluğu doğuran bu innovativ xidmətə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən “ƏN TEZ”-in tətbiqinin genişləndirilməsi davam etdirilir və artıq bu gündən həmin xidmət platforması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzində istifadəyə verilib.
Bu innovasiya vasitəsilə vətəndaşlar heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla Ədliyyə Nazirliyinə müraciət edərək notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən yararlana bilərlər.
Nazirlik tərəfindən “ƏN TEZ” xidmətinin paytaxtla yanaşı, respublikamızın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, habelə ASAN xidmət mərkəzlərində və insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifadəyə verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















