Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Toptansatış mağazasında nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toptansatış mağazasında nöqsanlar aşkarlanıb,  fəaliyyəti məhdudlaşdırılıb

Daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, T.İsmayılov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Abbasqulu Nuri oğluna məxsus topdan satış mağazasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, mal qonşuluğu prinsipinə riayət edilmədiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Həmçinin mağazada markalanma və etiketlənmə tələbləri pozulmuş, Azərbaycan dilidə etiket məlumatları olmayan və son istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları müəyyən olunub.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların məhdudlaşdırılması və zərərsizləşdirilməsinə dair qərar qəbul olunub. Qida obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Toptansatış
06.09.2023 19:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ