"Aviabiletlərin qiyməti turistlərin sayının artırılmasında böyük çətinliklər yaradır"
"Getmə turizmin inkişafına mənfi təsir edən bəzi amillər sırasında aviabiletlərin qiymətinin yüksək olmasıdır".
Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.
Şaiq Məmmədov bildirib ki, biletlərin qiyməti pandemiyadan sonra daha da artıb:
“Bu gün aviabiletlərin qiymətinin yüksək olması, təəssüf doğurmaya bilməz. Mən xüsusilə koronavirus pandemiyasından sonra biletlərin qiymətinin daha da artmasına diqqət çəkmək istərdim. Pandemiyadan əvvəlki dövrə nəzər salsaq, hazırkı qiymətlərdə kəskin artım açıq-aşkar müşahidə olunur. Bu məsələ də turistlərin sayının artırılmasında yerli turizm şirkətlərinə böyük çətinliklər yaradır”.
ATAA İdarə Heyətinin sədri aviabiletlərin bahalığından danışı
"Təəssüf ki, bir sıra açıq məsələlərimiz hələ də qalmaqdadır. Onların sırasında vizaların alınması, nəqliyyat sektorunda qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsi və bir çox istiqamətə aviabiletlərin baha olması bu qəbildəndir".
Bunu Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.
O bildirib ki, gələcəkdə bu məsələlərin həllində də müsbət irəliləyişlərin şahidi olacağıq:
"Assosiasiya olaraq çalışacağıq ki, qarşıdakı illərdə yeni istiqamətlərə reyslərin açılmasına, hotel və hava yolları ilə əməkdaşlığın artırılmasına və beynəlxalq şirkətlərlə işbirliyinin gücləndirilməsinə nail olaq".
"Turizm şirkətlərimizin hesabına hava yolları tərəfindən 1 milyon manatdan çox komissiya ödənişi köçürülüb"
Azərbaycan Turizm Agentlikləri Assiasiyasının 4 illik fəaliyyəti dövründə ilk dəfə üzvlük haqları tətbiq olunub.
Bunu ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.
O bildirib ki, bu çərçivədə 41 min manat vəsait toplanıb:
"Bu da öz növbəsində Assosisasiyasının ofis xərclərinin və maddi texniki bazasının gücləndirilməsi üçün xərclənir. Bir illik fəaliyyətimiz dövrümdə 100-ə yaxın görüş keçirmişik. Ötən il turizm şirkətlərinin müqavilələri yenilənib, sıralarımıza yeni şirkətlər qəbul edilib və yeni qaydalar hazırlanıb. Aparılan danışıqlar nəticəsində beynəlxalq şirkətlərin turizm şirkətlərimizə tətbiq etdiyi cərimələrin silinməsinə nail olunub. Şirkətlərimizin hesabına hava yolları tərəfindən 1 milyon manatdan çox komissiya ödənişi köçürülüb".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
10 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
11 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
11 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb



















