Sumqayıtda təhlükəli radioaktiv maddəs aşkarlanıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Sumqayıt şəhərində apardığı nüvə-radioloji tədqiqatları zamanı təhlükəli Sezium-137 radioaktiv maddəsi aşkarlanıbİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Sumqayıt şəhərində aparılan radioloji sınaqlar zamanı şəhər ərazisində anomal radiasiya göstəricilərinə malik sahə aşkar edilib. Təkrar yoxlamalar vasitəsilə nəticələr təsdiqləndikdən sonra bu barədə aidiyyəti dövlət qurumları müvafiq qaydada məlumatlandırılıb.
Bu barədə Marja.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhəri ərazisinə yaxın istehsalat sahəsində radiasiya təhlükəsi ehtimalı olan ərazilərin radioloji şəraitinin araşdırılmasına İRİA-nın nüvə tədqiqatları departamentinin mütəxəssisləri də cəlb edilib.
Mütəxəssislər tərəfindən digər aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə radioloji şəraitin qiymətləndilməsi üzrə radiometrik-dozimetrik və spektrometrik ölçülər aparılıb və ərazidə yüksək radiasiya təhlükəli zonanın müəyyən edilməsi məqsədi ilə nüvə-radioloji sınaq işləri görülüb.
Agentlik tərəfindən hazırda müxtəlif ölkələrdə belə halların aradan qaldırılması zamanı cavab tərbirləri üzrə analitik planlar öyrənilərək təhlil edilir və öyrənilmiş dərslər ümumiləşdirilir. Aşkar edilən radiasiya təhlükəli zonanın minimium zərərlə aradan qaldırlması ilə bağlı tədbirlər planına daxil edilmək üzrə təkliflər Agentlik tərəfindən yaxın günlərdə müvafiq qurumlara operativ şəkildə təqdim ediləcəkdir.
Qeyd edilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) fəaliyyət istiqamətlərindən biri olan nüvə elmi və texnologiyalarının sınaq təcrübələri və ölkə ərazisində radioloji elmi tədqiqat işlərini aparır. Eyni zamanda İRİA “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “Radioloji və radioekoloji tədqiqatların aparılması” adlı 6.1.1 yarımbəndi üzrə məsul icraçıdır. Nüvə tədqiqatları departamentinin alimləri və mütəxəssisləri tərəfindən sözügedən proqramın müvafiq bəndinin effektiv şəkildə icrası məqsədilə, Agentliyin daxili imkanları əsasında radiasiyanı məsafədən aşkarlayan və ərazinin radioloji fon xəritəsini hazırlamağa imkan verən “NTDradSCAN” radiometrik radiasiya aşkarlayıcı və axtarış sistemi hazırlanıb. Bu axtarış sistemi vasitəsilə işğaldan azad edilmiş ərazilərdən öncə Abşeron yarımadası ərazisində çox saylı testlər və ölçü sınaq işləri aparılmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








.jpg)

