Avro daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
ABŞ-da illik inflyasiya 3.7%-lə proqnozların üzərində açıqlandıqdan sonra dünən DXY-də artım tendensiyası bir qədər də aqressivləşib. Orta hesabla dollar major valyutalar qarşısında 1%-ə yaxın bahalaşaraq 105.50 bəndə yüksəlib.
ECB-nin faiz dərəcələrindəki 25 bəndlik artımı və ABŞ-dan İstehsal Qiymətləri İndeksi (PPI) və pərakəndə satış dövriyyəsinin həcminə dair göstəricilər də DXY-dəki yüksəlişin davamını təmin etdi.
Dünən ABŞ-da açıqlanan istehsal qiymətlərindəki inflyasiya məlumatları FED-in gələn həftə faiz dərəcələrini sabit saxlayacağına dair gözləntiləri dəyişməsə də, AMB-nin faiz artırma qərarından sonra EUR/USD en son iyun ayında görülən minimumları test etdi.
ABŞ PPİ aylıq müqayisədə 0.7% artaraq 0.4%-lik proqnozları üstələdi. Bundan əlavə, pərakəndə satış dövriyyəsinin həcmi aylıq 0.6% artımla ehtimalların üstündə açıqlandı. ABŞ-da iqtisadi fəallığın canlı qaldığını göstərən məlumatlar dollar indeksinin yüksəlişinə təkan verdi.
USD/JPY Yaponiya Mərkəzi Bankının mənfi faiz siyasətinə son verə biləcəyi siqnallarının ardından həftənin əvvəlində 145 yen səviyyəsinə endikdən sonra həftənin qalan hissəsində yenidən artım tendensiyası sərgiləyir. Yenin zəif perspektivi davam edərkən, paritet bu gün 147 yenə qədər bahalaşaraq son 10 ayın ən yüksək səviyyələrində hərəkətini davam etdirir. Bundan əlavə, investorlar Yaponiya Mərkəzi Bankı tərəfindən hər hansı bir siyasət dəyişikliyi ehtimallarını diqqətlə izləyirlər .
Amerikada dünən proqnozların çox üzərində açıqlanan makroiqtisadi göstəricilər sonrası EUR/USD və GBP/USD məzənnələri isə kəskin ucuzlaşaraq günü müvafiq olaraq 1.0640 və 1.2400 hədlərində tamamladılar. Günə yüngül artımlarla başlayan hər iki paritetdə “ayılar” qiymətləri 1.0650 və 1.2450 həddlərinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün isə Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı valyuta birjalarında qiymətlərin formalaşmasına ciddi təsir edə bilər.
Gün ərzində həmçinin Amerikada açıqlanacaq İdxal Qiymətləri İndeksi və İxrac Qiymətləri İndeksi, həmçinin sənaye istehsalının həcmi kimi önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Məlumat investAZ-İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 28 d. əvvəl
- 29 d. əvvəl
-
-
37 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!

























