“Ovçuluq haqqında” Qanunda dəyişikliklər edilir
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Komitə sədri Tahir Rzayev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Ulu Öndərə ümumxalq məhəbbətinin sonsuz və tükənməz olduğunu vurğulayıb.
Əvvəlcə iclas iştirakçıları Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat, komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi və “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsidir (birinci oxunuş).
Komitə sədri ötən sessiyalarda Aqrar siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Deyib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 23 məsələyə baxılıb.
Diqqətə çatdırılıb ki, Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olan məktub, təklif, ərizə və şikayətlərlə bağlı müvafiq tədbirlər görülüb.
Komitənin qarşıdakı sessiya üçün iş planı ilə bağlı bildirilib ki, layihədə komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin Vətən müharibəsi şəhidlərinin ailələrinin ziyarəti, qazilərlə, müharibə iştirakçıları ilə, seçicilərlə görüşlər və digər tədbirlər nəzərdə tutulub.
Gündəliyin sonuncu məsələsi ilə bağlı komitə sədri bildirib ki, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Məsələlərin müzakirəsində deputatlar Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, İqbal Məmmədov, Aydın Hüseynov, Müşfiq Cəfərov çıxış edib, rəy və təkliflərini bildiriblər.
Komitə üzvləri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları ərzində Aqrar siyasət komitəsində görülmüş işləri qənaətbəxş sayıblar, qarşıdakı payız sessiyası üçün komitənin iş planını təsdiqləyiblər, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
3 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
4 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























