35 sahibkarın vaxtı ötmüş kredit borcu dövlət tərəfindən banklara ödənilib
Maliyyə Nazirliyinin məlumatı:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya bankları tərəfindən sahibkarlara ayrılan kredit məbləğinin 60 faizinədək olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulmuşdur. Dövlət dəstəyi sayəsində 2.628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.
Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən, əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 8 ayı ərzində isə 21 sahibkarın əvəzinə 1.339, 6 min manat həcmində vəsait ödəyib.
Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)





.jpg)



