Azərbaycan istehsalı olan bioloji fəallığa malik qida əlavələri Rusiya və Gürcüstana ixrac ediləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı tərəfindən növbəti Sərbəst Satış Sertifikatları (Certificate of Free Sale) təqdim olunub.
Mərkəzin yaydığı məlumatda bildirilir ki, sertifikatlar Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Gürcüstan Respublikasına və Rusiya Federasiyasına ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayına kimi 659 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika, Asiya, Avropa, Okeaniya və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.
Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















