8 ölkədən Azərbaycana gələnlərin sayı daha kəskin artıb
Dövlət Statistika Komitəsi urizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1 milyon 343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan - 3,2 dəfə, Hindistandan - 2,4 dəfə, Özbəkistandan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Belarusdan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, İtaliyadan - 1,5 dəfə, ABŞ-dan - 39,5 faiz, İsraildən - 39,2 faiz, Gürcüstandan - 32,9 faiz, Böyük Britaniyadan - 27,0 faiz, Küveytdən - 22,3 faiz, Türkiyədən - 19,6 faiz, Almaniyadan - 18,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,8 faiz, Ukraynadan - 5,1 faiz artmışdır.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 faiz artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 faiz azalaraq 228,4 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 saat əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
10 saat əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
11 saat əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 11 saat əvvəl
-
22 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 1 gün əvvəl
-
1 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
1 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ