Dövlət qiymətlərin kəskin artması və azalması risklərini müəyyən edəcək
Dövlət qiymətlərin kəskin artması və azalması risklərini müəyyən edəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, dövlət ehtiyatları ilə bağlı dövlətin vəzifələri, dövlət qurumlarının fəaliyyəti müəyyənləşir. Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
- strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;
- strateji ehtiyatların və Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;
- strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq;
- ölkənin ərzaq balansını tərtib etmək.
Eyni zamanda layihə ilə dövlət qurumlarının dövlət ehtiyatları ilə bağlı fəaliyyəti də müəyyənləşəcək.
Dövlət qurumlarının dövlət ehtiyatlarının yaradılması və saxlanılması sahəsindəki vəzifələri aşağıdakılardır:
- dövlət ehtiyatları üzrə məsul orqanın müraciəti olduqda dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması üzrə kömək göstərmək;
- malların strateji ehtiyatlara tədarükünün həyata keçirilməsinə kömək göstərmək;
- Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində fövqəladə və səfərbərlik ehtiyatlarının yaradılmasını və saxlanılmasını təmin etmək.
Dövlət qurumları bu Qanuna uyğun olaraq dövlət ehtiyatlarından borcalma ilə bağlı dövlət ehtiyatları üzrə məsul orqana müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
-
- 38 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
























