Qeyri-sabit hava şəraiti sabahadək davam edəcək
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, oktyabrın 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
XXX
Şimşək çaxıb, leysan yağıb, dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb
Faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 4-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Düşən yağışın miqdarı Qubada 29 mm, Şabranda 19 mm, Qusarda 18 mm, Lerikdə 17 mm, Gədəbəydə 15 mm, Neftçalada 14 mm, Altıağacda 9 mm, Yardımlı, Xaltanda 7 mm, Lənkəran, Qrız, Sədərək, Astara, Daşkəsən, Şahdağ, Şərur, Qax, Beyləqan, Ordubad, Ağdam, Naxçıvan, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şirvan, Zaqatala, Tərtər, Ağsu, İsmayıllı, Bərdə, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub.
Şimal-qərb küləyi arabir Göyçayda 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Şamaxı, Qusar, Şahdağ, Qrız, Lerik, Sumqayıtda duman müşahidə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)


