Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Baltika"nın lisenziya müqavilələrinin ləğvi "Carlsberg Azerbaijan"a təsir edə bilər? - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Baltika"nın lisenziya müqavilələrinin ləğvi "Carlsberg Azerbaijan"a təsir edə bilər? - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

""Carlsberg Azerbaijan" şirkəti öz portfelində bütün markaların istehsalı və satışı üzrə əqli mülkiyyət hüquqlarına malikdir".

Bu barədə Marja.az-ın sorğusuna cavab olaraq "Carlsberg Azerbaijan" şirkətindən bildirilib.

Reklam_3_11

Qeyd edək ki, Danimarkanın pivə istehsalçısı "Carlsberg" şirkəti, Rusiyanın "Baltika" pivə istehsalı şirkəti ilə lisenziya müqavilələrini ləğv edib. "Baltika Pivəbişirmə Şirkəti "ASC-yə "Carlsberg" qrupunun bütün məhsullarını, o cümlədən beynəlxalq və regional brendləri istehsal etmək, tanıtmaq və satmaq imkanı verən lisenziya müqavilələrinə xitam verilib. 

Bəs bu qərarın "Calsberg Azerbaijan" şirkətinə hansısa təsiri var?

 "Carlsberg Azerbaijan" şirkətindən Marja.az-ın sorğusuna cavab olaraq bildirilib:

"Azərbaycanda fəaliyyətimizi "Carlsberg Group"un bir hissəsi kimi fasiləsiz olaraq davam etdiririk, investisiya layihələrimizi tam şəkildə icra edirik və 2024-cü ilə tam qüvvə ilə hazırlaşırıq. "Carlsberg Azerbaijan" güclü yerli və beynəlxalq markalardan ibarət hazırkı portfeli ilə bazarda fəaliyyətini davam etdirir və gələcəkdə istehlakçılar üçün məhsul çeşidini genişləndirməyi planlaşdırır. "Carlsberg Azerbaijan" öz portfelində bütün markaların istehsalı və satışı üzrə əqli mülkiyyət hüquqlarına malikdir".

Qeyd edilib ki, "Carlsberg Azerbaijan" şirkəti "Carlsberg Group"un bir hissəsidir və baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir.

04.10.2023 15:57
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18