Azərbaycan fındıq ixracına görə ilk beşlikdədir
Azərbaycan 2021-ci ilə kimi fındıq istehsalı və ixracına görə dünyada 3-cü yerdə idi. Bu sıralamada ilk yerdə Türkiyə, 2-ci yerdə İtaliya, 3-cü yerdə Azərbaycan idi.
Amma son illərdə Çili və ABŞ kütləvi şəkildə fındıq bağlarının salınması nəticəsində böyük məhsuldarlıq əldə edirlər. Buna görə də fındıq istehsalı və ixracına görə 3-cü yerdə Çili, 4-cü yerdə ABŞ, 5-ci yerdə Azərbaycan, 6-cı yerdə Gürcüstan dayanır.
Bu barədə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib. O deyib ki, Çili və ABŞ-da fındıq bağlarının artımı davam etməkdədir. Yaxın zamanda bu iki dövlət hətta İtaliyanı ötərək 2-ci yer uğrunda rəqabət aparacaq.
Onun sözlərinə görə, ölkədə fındıq bağlarının sayı artıb. “Statistik açıqlamalara görə, Azərbaycanda təxminən 80 min hektar fındıq bağı salınıb. Bunun bir çoxu köhnə üsulla salınmış bağlardır. Əfsuslar ki, intensiv bağların sayı azdır. Köhnədən salınmış bağlarda keçmiş aqrotexniki qaydalar olduğundan, məhsuldarlığın artmasına sovet təfəkkürü ilə yanaşıldığından, ortalama məhsuldarlıq, xüsusilə də şimal-qərb rayonlarında, hər hektar üçün 1 tondur. Şimal rayonlarında məhsuldarlıq bir az daha çoxdur. Çünki əkin sistemi fərqlidir. Amma əkin statistikası ilə baxılarsa, respublika üzrə hər hektar üçün ortalama məhsuldarlıq 800-900 kq-dır. Bu, çox azdır”.
© "Xalq qəzeti"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























