Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev: 100 Mühəndislik hakatonu” keçirildi
(®) Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirildi.
Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın açılış mərasimində tələbələr və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Açılış mərasimində çıxış edən Kapital Bank-ın Proqramlaşdırma üzrə funksional lideri Fariz Lətifov bu kimi intellektual yarışların gənclərin innovativ potensialının inkişafında rolundan danışdı. O, qeyd etdi ki, “Biz Kapital Bank olaraq texnoloji həllərin inkişafı istiqamətində aktiv fəaliyyət göstəririk. Bizim əksər bank xidmətlərimizi Birbank proqramı vasitəsilə əldə etmək mümkündür. Bu isə mühəndislərin sayəsindədir. Bu səbəbdən də bank olaraq mühəndislərin təhsilinə və inkişafına böyük önəm veririk. Bilirik ki, bu günün uğurlu tələbələri gələcəkdə bizim həmkarlarımız olacaq və bankımıza töhfə verəcəklər”.
Daha sonra ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında yarışmaya start verildi. Yarışa qoşulan 30 komanda 3 mövzu üzrə biliklərini sınadı. “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara komandalar maraqlı həllər təklif etdilər. Yaxın 1 həftə ərzində komandaların nəticələri elmi komitə tərəfindən müəyyən edilmiş kriteriyalar əsasında qiymətləndiriləcək və 21 oktyabrda baş tutacaq “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan Gəncliyi” adlı tədbirdə 3 qalib komanda elan ediləcək. Qalib komandaların hər birinə 2500 AZN dəyərində mükafat təqdim olunacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
“PAŞA Kapital”, “PASHA Yatırım Bankası”nın 25 milyon dollarlıq istiqrazlarını yerləşdirəcək
-
6 saat əvvəl
gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
-
7 saat əvvəl
Babək prospektində işıqforlar quraşdırılacaq, yarımdairə ləğv ediləcək
-
7 saat əvvəl
Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi
- 7 saat əvvəl
-
9 saat əvvəl
Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
10 saat əvvəl
"Biz bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik"
- 10 saat əvvəl
- 10 saat əvvəl