Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ölkəmizdə ilk dəfə “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkəmizdə ilk dəfə “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək!

(®) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizliyi Zirvəsi” 30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında Azərbaycan Sənaye Təhlükəsizliyi Assosasiyası və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı  ilə keçiriləcək. Zirvə bir bütöv günü əhatə etməklə 3 fərqli panel və 20-dək spiker və moderatorun iştirakı ilə “Sabahın çağırışları” şüarı altında keçiriləcəkdir.

“Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə aidiyyəti nazirliklər və dövlət müəssisələrindən, eləcə də özəl sektor nümayəndələrindən, şirkət və təşkilat rəhbərlərindən, sahibkarlardan ibarət 450-dən çox şəxsin iştirakı ilə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələr haqqında qarşılıqlı müzakirələr və fikir mübadilələri aparılacaq.

I Panel “Sıfıra doğru” - BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında razılaşdırılaraq 2016-cı ildə imzalanmış Paris sazişində nəzərdə tutulmuş karbon emissiyasının azaldılmasına vurğu etmək üçün bu paneldə aidiyyəti tənzimləyici dövlət qurumlarının rəhbərləri zirvənin konseptinə uyğun olaraq moderatorun suallarını cavablayacaqlar. Ölkəmizdə sənaye təhlükəsizliyi ilə bağlı problemlərdə, karbon emissiyasınının azaldılmasında sıfıra doğru hansı addımların atıldığı ilə bağlı müzakirələr olacaq.

II Panel “Orta yol” - Bu paneldə biri dövlətin tənzimləyici qurumları, digəri isə özəl sektor nümayəndələri olmaqla iki qarşı tərəfin sənaye təhlükəsizliyi sahəsindəki mövcud vəziyyət, problemlər və həlli yolları ilə bağlı moderatorun idarəetməsi ilə fikir mübadiləsi aparılacaq.

III Panel “360 dərəcə” - Bu paneldə isə sənayenin müxtəlif sahələrindən və sənaye təhlükəsizliyinin fərqli sahələrini əhatə etməklə SƏTƏM sahəsinin peşəkarlarının TEDx formatında solo çıxışları olacaq.

Tədbir haqqında ətraflı məlumatı www.stz.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.

Facebook:  https://www.facebook.com/stzbaku

İnstaqram: https://www.instagram.com/stzbaku

LinkedIn: https://www.linkedin.com/company/s%C9%99nay%C9%99-t%C9%99hl%C3%BCk%C9%99sizliyi-zirv%C9%99si/about/?viewAsMember=true

Sənaye Təhlükəsizliyi Zirvəsi
18.10.2023 14:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ