Qlobal inflyasiya proqnozlarında nəzərəçarpacaq dərəcədə azalma
Dünya üzrə iqtisadçılar bu il və 2024-cü il üçün inflyasiyanın aşağı düşəcəyini gözləyirlər.Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (İfo) və İsveçrə İqtisadi Siyasət İnstitutu (IWP) rübdə bir dəfə keçirilən “İqtisadi ekspertlər arasında sorğu”nun oktyabr ayı nəticələrini dərc edib.
Marja.az xəbər verir ki, araşdırmaya görə, bu il üçün üç ay əvvəl 7 faiz olan qlobal inflyasiya proqnozu 6,2 faizə, gələn il üçün 6 faizdən 5,2 faizə, 2026-cı il üçün isə 4,9 faizdən 4,5 faizə enib.
Bundan əlavə, regiondan asılı olaraq iqtisadçılar inflyasiya dərəcələrində böyük fərqlər proqnozlaşdırırlar.
Bu il üçün inflyasiya gözləntiləri Qərbi Avropa üçün 4,6 faiz, Şimali Amerika üçün 4,1 faiz və Cənub-Şərqi Asiya üçün 4,7 faiz olmaqla qlobal orta göstəricidən aşağı olub .
Digər tərəfdən, 2023-cü il üçün inflyasiya gözləntiləri Cənubi Asiya üçün 17,1 faiz, Cənubi Amerika üçün 20,5 faiz, Şimali Afrika üçün 55,5 faiz və Şərqi Afrika üçün 36,5 faiz olmaqla qlobal ortalamanın üzərindədir.
Ifo araşdırmaçısı Niklas Potrafke öz qiymətləndirməsində, "İnflyasiya gözləntiləri hələ də yüksək olsa da, əvvəlki rüblə müqayisədə əhəmiyyətli dərəcədə azalıb" deyib.
Potrafke qeyd edib ki, iqtisadçılar hələ də 2026-cı il üçün inflyasiyanın Qərbi Avropada 2,4 faiz, Şimali Amerikada isə 2,7 faiz olacağını gözləyirlər.
Sentyabrın 26-dan oktyabrın 11-dək keçirilən sorğuda 128 ölkədən 1541 iqtisadçı iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
47 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
48 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)
.jpg)








.jpg)











