Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Baku City Residences”dən ÖZƏL DƏSTƏK: Memarlıq və İnşaat Universitetinin tələbələrinə təqaüd ayrılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Baku City Residences”dən ÖZƏL DƏSTƏK: Memarlıq və İnşaat Universitetinin tələbələrinə təqaüd ayrılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Baku City Residences” daşınmaz əmlak şirkəti (www.bcr.az) ölkəmizdə peşəkar kadr potensialının hazırlanması prosesinə dəstək təşəbbüsü ilə çıxış edir.

Peşəkar kadr potensialının hazırlanmasına dəstək

Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil edilən imzalanma tədbirində “Baku City Residences” şirkətinin nümayəndələri və Universitet rəhbərliyi iştirak ediblər. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova tədbirdə çıxışı zamanı “Baku City Residences” ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Rektor qeyd edib ki, “Baku City Residences”lə əməkdaşlığın Azərbaycan Memarlıq və İnşaat Universitetinə böyük faydası olacaq.

Tədbirdə çıxış edən “Baku City Residenses” şirkətinin İcraçı Direktoru Ramil Məhərrəmov qeyd edib ki, şirkət tərəfindən daşınmaz əmlak sektorunda ixtisaslı kadr potensialının hazırlanmasına hər zaman xüsusi diqqət yetirilib və inşaat sektorunda peşəkar kadrların yetişdirilməsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rolunu yüksək qiymətləndirib. 

Təqaüd və təcrübə imkanı

Qeyd edək ki, “Baku City Residences” və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanan memorandumun əsas məqsədi memarlıq, şəhərsalma sektorunun inkişafında peşəkar kadrların yetişdirilməsinə töhfə verməkdir. 

Əməkdaşlıq çərçivəsində “Baku City Residences” Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan bir qrup tələbəyə fərdi təqaüd ayıracaq. Öncədən müəyyən olunmuş kriteriyalar əsasında seçilən tələbələrə “Baku City Residences”in müxtəlif departamentlərində çalışmaq imkanı yaradılacaq.

Qeyd edək ki, “Baku City Residences” Azərbaycan daşınmaz əmlak bazarında özünəməxsus yerə və zəngin təcrübəyə malik olan bir brenddir.

Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residence”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir.

“Baku City Residences” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club Residences” kimi layihələrə imza atıb.

“BakuCityResidences bcr Ramil Məhərrəmov BakuCityResidenceKhatai BayılBay YachtClubResidences BakuCityResidenceOlimpik
27.10.2023 16:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ