Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bazar araşdırmasının aparılmasına dəstək üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar araşdırmasının aparılmasına dəstək üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər

Daxili bazar araşdırması sahibkara sahənin inkişaf dinamikası, istehsal və ixrac imkanları, rəqiblər, lazım olan sənədlər, dövlət dəstəyi tədbirləri, istehlakçıların fikirləri və digər məlumatlar verir. 

Sahibkarlıq fəaliyyətini genişləndirmək, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri müvafiq sahədə daxili bazarın araşdırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Bunun üçün KOB-lar Agentliyin www.smb.gov.az internet saytındakı müvafiq ərizə formasını dolduraraq birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, istehsalın genişləndirilməsi, yeni məhsul və xidmətlərin yaradılması zamanı bazarın araşdırılması vacibdir. Bazar araşdırması sahibkara bazarın mövcud vəziyyəti, o cümlədən sahənin inkişaf dinamikası, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, rəqiblər, sənədləşdirmə, istehlakçıların fikirləri, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə dolğun məlumat verir. Bu isə biznesə başlamaq, yeni məhsul və xidmət istehsal etmək istəyən sahibkara bazar barədə ətraflı məlumat verməklə, onu sonradan yarana biləcək risklərdən sığortalayır. KOB-ların bazar araşdırmasının aparılmasına çəkdikləri xərcin bir hissəsi dövlət dəstəyi hesabına qarşılanır. Belə ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər. 

Daxili bazar araşdırması barədə ətraflı məlumat üçün: https://bit.ly/3DUJGHU 

Bazar araşdırması
01.11.2023 20:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ