"Azercell" Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir
Genişmiqyaslı layihənin növbəti mərhələsi qısnamaya qarşı mübarizəyə həsr olunub
(®) Azərbaycan gənclərinin məğrur tərəfdaşı “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyası (ACF) həyata keçirdiyi silsilə tədbir və təşəbbüslərdən ibarət sosial layihənin növbəti mərhələsinə start verir. UNESCO-ya üzv dövlətlər noyabr ayının ilk cümə axşamını Məktəblərdə Zorakılıq və Zorbalığa, o cümlədən kiber zorakılığa qarşı Beynəlxalq Mübarizə Günü elan ediblər. “Söz verirəm” sosial kampaniyasının başlanğıcı da məhz bu günə təsadüf edir. Layihə ölkəmizdə idmana olan marağı daha da artırmaq, sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.
Yeniyetmələrin incidilməsinə səbəb olan ixtiyari və təkrar şəkildə törədilmiş aqressiv davranışlar onların həm təhsilinə, həm də həyatına mənfi təsir göstərir. “Söz verirəm” sosial kampaniyası bullinqin zərərli davranış olduğunu, istər şəxsi ünsiyyətdə, istərsə də rəqəmsal platformalarda qısnamanın qarşısının alınmasını uşaqlara və böyüklərə aşılayır.
Azercell və ACF bütün cəmiyyəti qısnamadan yayınmağa, dostluq, nəzakət, cəsarət kimi dəyərlərə hörmət etməyə çağırır. Bu çağırışa tanınmış cüdoçular, idmançılar, həmçinin ictimai fəal şəxslər də qoşulub.
Kampaniya çərçivəsində cüdo təlim-məşq mərkəzlərində və məktəblilər arasında maarifləndirmə işləri aparılacaq. Uşaqlara bullinqə qarşı könüllü hərəkat ətrafında birləşmək üçün müvafiq sertifikat və qolbaqlar təqdim olunacaq.
Söz veririk, həmişə, hər yerdə insanlara hörmətlə yanaşmağa davam edəcəyik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 27 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
18 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
18 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 18 saat əvvəl
-
19 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 19 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
