Türkiyə şirkəti Özbəkistanda 250 milyon dollara elektrik stansiyası tikəcək

Türkiyə şirkəti Özbəkistanda 250 milyon dollara elektrik stansiyası tikəcək, tikinti işlərinin başlanması 2023-cü ilin dekabrına planlaşdırılır.
Marja xəbər verir ki, bu barədə respublikanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin (MIPT) mətbuat xidməti məlumat yayıb.
"AKSA Enerji" şirkəti dövlət-özəl tərəfdaşlıq şərtləri əsasında Kaşkadərya vilayətinin Nişan rayonunda 400 MVt gücündə qaz porşenli elektrik stansiyasının tikintisinə 250 milyon dollar sərmayə qoyacaq. Şirkət layihələndirmə, maliyyələşdirmə, tikinti və istismar işlərini həyata keçirəcək. Elektrik stansiyasının istismar müddəti 25 ildir”, - məlumatda deyilir.
Elektrik stansiyası 2024-cü ilin sonunda istifadəyə veriləcək.
Özbəkistanın "Gazeta.uz" internet nəşrinin məlumatına gör , şirkət əvvəllər Buxara və Daşkənd vilayətlərində iki istilik elektrik stansiyası tikib.
Mətbuat xidməti vurğulayıb ki, Özbəkistanın Milli Elektrik Şəbəkəsi şirkəti ilə "AKSA Enerji" şirkəti arasında elektrik enerjisinin alınmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Özbəkistan tərəfi türk investorundan 25 il müddətinə elektrik enerjisi alacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
1 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
2 saat əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
