"Büdcə kəsirinin daxili borclanma hesabına maliyyələşdirilməsini müsbət dəyərləndiririk”
2024-cü il və ortamüddətli dövr təqdim edilən makroiqtisadi çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir. Buraya sosial rifahın gücləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, müdafiə sahəsinin gücləndirilməsi və azad olunmuş ərazilərin bərpası daxildir.
Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, Mərkəzi Bank növbəti ilin büdcəsinin qayda çərçivəsində tərtibini xərclərin konservativ götürülməsini çox müsbət qiymətləndirir. Bu, uzunmüddətli fiskal dayanıqlılıq baxımından mühümdür. Neft və qaz gəlirlərinin həcmi və büdcənin xarici valyutada gözlənilən gəlirləri 2024-cü ildə də valyuta bazarında sabitliyi dəstəkləyəcək. İnflyasiya təzyiqlərini də nəzərə almaqla Mərkəzi Bank büdcə kəsirinin minimallaşdırılmasının və qeyri-emissiya mənbələri ilə ötürülməsinin tərəfdarıdır.
“Bu baxımdan 2023-ci ilin dürüstləşmiş büdcəsi ilə müqayisədə 2024-cü ildə büdcə kəsirinin azaldılmasını, əsasən daxili borclanma hesabına maliyyələşdirilməsini müsbət dəyərləndiririk” , - deyə Taleh Kazımov əlavə edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















