Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AccessBank”ın da vəziyyəti məlum oldu - Depozitlər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AccessBank”ın da vəziyyəti məlum oldu - Depozitlər artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AccessBank” QSC 2017-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində “AccessBank”ın faiz gəlirləri 55 milyon 731 min manat təşkil edib. Bank qeyri-faiz əməliyatları üzrə  4 milyon 375 min manat zərər edib.

 

BANK EHTİYAT YARADIR

 

Faiz, qeyri-faiz xərcləri çıxıldığından və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 26  milyon 86 min manat ayırıldığından bankın 42 milyon 939 min manat zərəri yaranıb. Qeyd edək ki, zərərin yaranması ehtiyatlara ayırmalar ilə bağlıdır. Ödənməyən kreditlərin arta biləcəyi ehtimalına görə, bank öncədən gəlirinin bir hissəsi hesabına ehtiyatlanır. Yəni, kreditlər qaytarılmadığı halda, "AccessBank", onun kreditorları və əmanətçiləri bundan ziyan çəkməyəcəkdir.

 

30 İyun 2017-ci il tarixində “AccessBank” QSC 872 milyon  635 min manat cəmi aktivlərə, 807 milyon 266 min manat cəmi öhdəliklərə və 65 milyon 369 min manat cəmi balans kapitalına malik olub. Bank ötən ilin sonunda 1 milyard 58 milyon 871.7 min manat cəmi aktivlərə,  1 milyard 6 milyon 411 min manat cəmi öhdəliklərə və 52 milyon 460 min manat cəmi kapitala malik idi. Kapitalın artması nizamnamə kapitalının artırılması ilə bağlıdır.

 

İlin birinci yarısında “AccessBank”ın xalis kredit portfeli 598 milyon 794 min manatdan 507  milyon 163 min manata düşüb, depozit portfeli isə 284 milyon 846 min manatdan 313 milyon 463 min manata qalxıb. Kredit portfelinin azalması kreditlərə tələbin azalması ilə əlaqədardır.

 

XARİCİ BORCLARINI QAYTARIR

 

“AccessBank” digər maliyyə müəssisələrindən (banklardan başqa) aldığı kreditlərin xeyli hissəsini qaytarıb. Bankın belə kredit borcu 511 milyon 151 min manatdan 347 milyon 574 min manata düşüb. Subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri 79 milyon 681.5 min manatdan 69 milyon 791 min manata geriləyib.

 

Birinci yarımildə “AccessBank”ın Mərkəzi Banka borcu 20 milyon manat azalıb. Belə ki, AMB-nın banka qarşı tələbləri 30 milyon manatdan 10 milyon manata düşüb.

 

 KAPİTALI ARTIRILIR

 

15 mart 2017-ci il tarixində AccessBank-ın səhmdarların 34.85 mln manat məbləğində 8.2 mln yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119.85 mmilyon manata artırılmışdı. Bu il də Bankın nizamnamə kapitalının artırılacağı gözlənilir.

01.08.2017 14:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ