"Vergi güzəştinin bu formada şərtləndirilməsi gəncləri demotivasiya edəcək"
Mikro sahibkarlıq subyektlərinin gəlir (mənfəət) vergisinə cəlb edilməsi zamanı güzəşt hüququnun 3 nəfər işçi sayı ilə şərtləndirilməsi ilə bağlı təklif çoxsaylı suallar yaradıb.
Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisə təqdim olunub. Belə ki, Məcəllənin 102.1.30 və 106.1.20-ci maddələrinə əsasən mikro sahibkarlıq subyektlərinin vergiyə cəlb olunan gəlirlərinin (mənfəətlərinin) 75 faizi gəlir və xərclərin uçotunun aparılması şərti ilə vergidən azaddır. Növbəti ildən qeyd edilən maddələrə bir şərt daha əlavə olunacaq. Belə ki, 75 faiz güzəştin tətbiq edilməsi üçün mikro sahibkarların orta aylıq işçi sayının 3 nəfərdən az olmaması nəzərdə tutulur.
Bəs layihə təsdiqlənsə nələr baş verə bilər?
Marja.az xəbər verir ki, Vergi üzrə mütəxəssis Teymur İslamlı bu suala cavab verib:
1. Formal xarakterli əmək müqavilələrinin sayı artacaq. Müqavilələr formal olduğu üçün əməkhaqqı məbləğləri də minimum olacaq. Yekunda ölkə üzrə orta aylıq əməkhaqqı məbləği aşağı düşəcək.
2. Bir sıra sahələrdə sahibkarlar rəsmiyyətdən qaçacaqlar, daha çox qeyri-rəsmi əməliyyatlar aparacaqlar.
3. Qiymət artımı. 2000 manatlıq xidmət göstərmiş sahibkarın 400 manat vergi yükü formalaşacaq (bu tip xidmət sahələrində demək olar ki, rəsmi xərc olmur), üstəgəl təqribən 100 manat da icbari ödənişlər var. Sahibkar bu xərci kompensasiya etmək üçün mütləq qiymət artımına gedəcək.
4. Beyin köçü. Xüsusən gənclər - "Z" nəsli yaxşı mənada hərdəmxəyaldırlar, himə bənddirlər, "dərziyə dedilər köç, iynəsini yaxasına sancıb getdi" prinsipi ilə hərəkət edirlər. Bir çox müasir xidmətlər təklif edən şəxslər əsasən gənclərdir, vergi güzəştinin bu formada şərtləndirilməsi onları demotivasiya edəcək.
Ümid edirəm, bu layihə elə layihə olaraq da qalacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















