Əli Əsədov "Rosselxoznadzor" rəhbərini qəbul edib
Bu gün Baş nazir Əli Əsədov Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankverti qəbul edib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin, xüsusi ilə ticari-iqtisadi əlaqələrin inkişafı qeyd olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin yüksək səviyyədə əməkdaşlığından məmnunluq ifadə edilib.
Bildirilib ki, ticarət dövriyyəsi üzrə nəzarət sisteminin effektivliyi sayəsində bir sıra ciddi vəzifələr həllini tapıb, bu da ticarət dövriyyəsinin artmasına kömək edib.
Ötən ilin 10 ayında ticarət dövriyyəsinin 20 faizdən çox artması müsbət qiymətləndirilib.
2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 15 faizdən çox artıb.
Tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının ixracına nəzarət prosedurunun sadələşdirilməsi barədə razılaşmanı da yüksək qiymətləndiriblər.
Görüşdə xəstə heyvanların transsərhəd heyvan xəstəlikləri profilaktikası və bununla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu aspektdə Qida Təhlükəsizliyi Agentliyi və Rosselxoznadzor arasında bu gün transsərhəd heyvan xəstəlikləri ilə birgə mübarizəyə dair Protokolun imzalanmasının əhəmiyyəti qeyd edilib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)






