Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nüfuzlu biznes müsabiqəsinə qoşulmaq üçün son 3 gün qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nüfuzlu biznes müsabiqəsinə qoşulmaq üçün son 3 gün qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” və “Deloitte” şirkətinin birgə keçirdiyi “Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsinin qeydiyyatının bağlanmasına son 3 gün qalıb.

Bu nüfuzlu layihədə iştirak edərək bizneslər dünyaca məşhur şirkətlər siyahısına və “Best Managed Companies” şəbəkəsinə daxil olmaq, biznes fəaliyyətlərində bu addan üstünlük nişanı olaraq istifadə etmək, həmçinin təlimçilərdən faydalı məsləhətlər almaq, güclü və zəif tərəflərini öyrənmək şansını əldə edirlər. Müsabiqə üzrə müraciətlərin qəbulu noyabr ayının 22-dək davam edir. Həmin tarixdən sonra müraciətlərin toplanması yekunlaşacaq və müsabiqənin ikinci mərhələsinə start veriləcək.

Müsabiqənin ikinci mərhələsində şirkətlərin fəaliyyətinin əsas istiqamətləri - strategiya, insan kapitalı, maliyyənin idarə edilməsi, hesabatlılıq, korporativ idarəetmə və digər biznes aspektləri təhlil olunaraq beynəlxalq praktikaya uyğun olaraq qiymətləndirilir. İkinci mərhələnin 31 yanvar 2024-cü il tarixində başa çatması planlaşdırılır.

Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” layihəsi özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin uğurlarını yerli bazarda və beynəlxalq arenada tanıtmaq üçün unikal bir fürsətdir. Müsabiqənin əsas məqsədi Azərbaycan bazarında bizneslərin rəqabətliliyinin gücləndirilməsinə, biznes subyektlərinin korporativ idarə edilməsi, insan resurslarının, likvidliyin və kapitalın idarə olunması sahələrinin təkmilləşdirilməsinə kömək etmək və bununla da ölkəmizdə sahibkarlığın inkişafına dəstək verməkdir. Bu nüfuzlu müsabiqənin qalibləri “Best Managed Companies” qlobal şirkətlər şəbəkəsinə qoşulub, dünyaca məşhur şirkətlər siyahısında yer alırlar.

Aparıcı şirkətlər arasında tanınmaq şansını əldə etmək üçün indi müraciət edin və “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinə qoşulun!

Fürsətdən yararlanmaq üçün linkə daxil olun, qeydiyyatdan keçin  və müsabiqədə iştirak edin!

Best Managed Companies Azerbaijan 2024
20.11.2023 13:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ