Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkətinin innovativ məhsulları Afrika bazarına çıxarılacaq - SƏNƏD İMZALANDI

“AzInTelecom” Cənubi Afrika Respublikasının nüfuzlu şirkəti ilə əməkdaşlığa başlayıb. Məqsəd təhlükəsiz və etibarlı rəqəmsal həllər əsasında biznesləri gücləndirmək, “AzInTelecom”un “SİMA İmza” və “SİMA KYC” innovativ məhsullarını Afrika bazarına çıxarmaqdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkətinin innovativ məhsulları Afrika bazarına çıxarılacaq - SƏNƏD İMZALANDI

(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən “Africa Tech Festival”da “Qızıl sponsor” qismində çıxış edib. Qurum öz stendi ilə təmsil olunaraq məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib.

Səfər çərçivəsində qurumun nümayəndələri tərəfdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi məqsədilə iştirakçı şirkətlərlə görüşlər keçirib.

Reklam_3_11

Nəticə etibarilə “AzInTelecom” MMC və Afrikanın nüfuzlu şirkətlərindən olan “Prime Invest Group” arasında memorandum imzalanıb.

Memorandumun məqsədi təhlükəsiz və etibarlı rəqəmsal həllər əsasında biznesləri gücləndirmək, “AzInTelecom”un “SİMA İmza” və “SİMA KYC” innovativ məhsullarını Afrika bazarına çıxarmaqdır.

İmzalanan memorandum hər iki şirkət tərəfindən gələcək əməkdaşlığın inkişafının ilk addımı kimi dəyərləndirilib.

Qeyd edək ki, “Prime Invest Group” qlobal sektorda maliyyə xidmətləri göstərir. Şirkətin fəaliyyət istiqamətinə investisiya planlaması, vergi və əmlak planlaması, strateji aktivlərin idarə edilməsi və s. xidmətlər daxildir.

AzInTelecom Prime Invest Group
21.11.2023 10:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ