"Təkbaşına fəaliyyət göstərən fiziki şəxslər üçün çox çətin olacaq"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsinə görə, Məcəllənin 102.1.30-cu maddə aşağıdakı redaksiyada veriləcək:
“102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir".
Həmçinin 106.1.20-ci maddə aşağıdakı redaksiyada verilir:
“106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir”.
Qısası, dəyişikliyə görə, mikro subyektin işçi sayı azı 3 nəfər olduqda gəlirlərin və ya mənfəətin 75%-i vergisindən azad olacaqdır.
Marja.az-ın məlumataına görə, Auditorlar Palatasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi”nə dair layihənin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bildirib ki, Məcəlləyə daəyişiklik fərdi sahibkarlar üçün daha ağır nəticələrə səbəb olacaq:
"Hüquqi şəxs olan müəssisələrin Direkotu olduğundan artıq 1 işçisi var. Həmçinin, hüquqi şəxslərin dövriyyələri mikro fərdi sahibkarlar ilə müqayisədə yüksək olur. Bunlara görə, əlavə 2 işçinin tapılması çətin olmayacaq. Amma təkbaşına fəaliyyət göstərən fiziki şəxslər üçün çox çətin olacaq. Mikro sahibkarlar əlavə 3 işçi götürməyə məcbur olacaqlar. Təsəvvür edin, ayda 2000 manat gəlir əldə edən mikro sahibkar, əgər bu güzəştdən istifadə etməsə, 2000 manatın 400 manatını vergiyə, 100 manatisə sosial sığortaya ödəməlidir. Yəni 2000 manatın 500 manatı vergiyə və sosial sığortaya gedəcək".
Anar Bayramov əlavə edib ki, fiziki şəxslər özləri işçi hesab olunmurlar, onlar əlavə 3 nəfəri işə qəbul etməyə məcbur olacaqlar.
"3 nəfər işçiyə görə minimum 400 manat əməkhaqqı yazılsa, ayda 1200 manat edir. 1200 manatın vergisi və soail sığortası ayda 360 manat olmaqla, ill ərzində 4320 manat pul edir",- Anar Bayramov əlavə edib.
Əmtəəsiz əməliyyat nədir?
Bu əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























