Gömrük süni intellekt ilə işləyən sistemini işə salır - DÜZGÜN MƏLUMAT VER, SƏRHƏDİ SÜRƏTLİ KEÇ
Dövlət Gömrük Komitəsi Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqinə hazırlaşır.
Marja.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi aparat rəhbərinin müavini Kənan Əsədov bildirib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gömrük-Biznes Forumu 2023”də Avtomatlaşdırılmış Risk Analizi Sisteminə (ARAS) dair videoçarx nümayiş etdirilib.
ARAS - məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemidir. Burada xarici ticarət iştirakçılarının, daşıyıcıların, malların (nəqliyyat vasitələrinin) müvafiq indikatorlar üzrə risk profili müəyyən edilməklə onlara sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi proseduru təyin ediləcək, mallar ölkə ərazisinə daxil olanadək onlar üçün müvafiq dəhliz (yaşıl, sarı, mavi, qırmızı) və mal buraxılış qaydası risk mühərriki vasitəsilə müəyyən ediləcək.
Kənan Əsədov bildirib ki, ARAS dekabrın 1-dən test rejimində fəaliyyətə başlayacaq:
"Dövlət Gömrük Komitəsi, məlumatları könüllü və doğru şəkildə təqdim edən, fiskal öhdəlikləri vaxtı-vaxtında yerinə yetirən şirkətlərə və sahibkarlara vəd edir ki, daha sürətli gömrük əməliyyatları ilə qarşılaşa bilərlər. ARAS gömrük inzibatçılığının bütün mərhələlərini əhatə edir. İlkin testlər də çox yüksək nəticələr göstərib. Artıq dekabrın 1-dən bu sistem test rejimində fəaliyyətə başlayacaq, gələn ildən isə tam rejimdə istifadəyə veriləcək. Sisitemin dəqiqlik göstəricisi 90 faizin üzərindədir. Bizim ARAS-dan gözləntimiz çoxdur. Düşünürük ki, bu sistem gömrük-biznes əməkdaşlığında şəffaflığın və etimadın artırılmasında çox mühüm rol oynayacaq, ticarəti asanlaşdıracaq, biznesin inkişafına, ümumi ölkəmizin iqtisadiyyatının inkişafına töhfə verəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















