Əmanət gəlirlərinin bir hissəsinin vergidən azad olunması nəzərdə tutulur - MƏRKƏZİ BANKDAN ŞƏRH
Bu ilin oktyabrın 31-nə Azərbaycan banklarında illik gəlirin 2,4 min manatadək olan milli valyutadakı müddətli əmanətlər cəmi milli valyutada olan müddətli əmanətlərin 22 %-ni (0,9 milyard manat) təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fiziki şəxslərin banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirdikləri depozitləri üzrə əldə etdikləri 200 manata qədər aylıq faiz gəlirlərinin verigidən azad olunmasına dair Vergi Məcəlləsinə təklif olunan dəyişikliyi şərh edərkən bildirilib.
"Həmin tarixə fiziki şəxslərin banklarda olan müddətli əmanətləri 6,6 milyard manat təşkil edir ki, bunun da 65 %-i və ya 4,3 milyard manatı milli valyutadadır. Vergi Məcəlləsinə dəyişiklik layihəsində fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitləri üzrə hesablanan illik faiz gəlirlərinin 2 400 manatadək olan hissəsinin vergidən azad olunması nəzərdə tutulur. Bundan əlavə, fiziki şəxslərin hər bir bankda 18 ay və daha artıq müddətdə yerləşdirilən milli valyutada olan əmanətlər üzrə faiz gəlirlərinin tam olaraq 3 il müddətinə vergidən azad olunması da nəzərdə tutulur. Layihəyə əsasən, müddəalar fiziki şəxslərin hər bir bankda olan əmanətinə ayrılıqda tətbiq edilir”, - sorğunun cavabında deyilir.
AMB vurğulayıb ki, vergi dərəcəsinin illik gəlir üzrə differensiallaşdırılma sosial aspektlərin nəzərə alınması ilə əlaqədardır, müddət baxımından differensiallaşdırılma isə uzunmüddətli əmanətlərin cəlbini stimullaşdırmaq məqsədini daşıyır: "Azadolmaların hər iki halda milli valyutada olan əmanətlərə tətbiqi isə milli valyutada əmanətlərin cəlbinə marağı artırmağa xidmət edir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















