Ali Məhkəmə və MEDİA-nın birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində “İfadə azadlığı: hüquqi təminatlar və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər” mövzusunda seminar keçirilib.
MEDİA-nın yaydığı məlumatda bildirilir ki, tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Ali Məhkəmənin hakimləri, MEDİA-nın nümayəndələri və tələbələr iştirak ediblər.
Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov çıxışında fikir və söz azadlığının hüquqi cəmiyyətdəki rolundan danışaraq bildirib ki, mediadan şəxslərin qanunla qorunan mənafelərinə zidd sui-istifadə halı ifadə azadlığının təminatlarının zəifləməsinə səbəb ola bilər. Məhz bu baxımdan insan hüquqlarına dair beynəlxalq aktlarda, milli qanunlarda sözügedən azadlığın cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılması, eləcə də bu sahədə olan məhkəmə təcrübəsi diqqətə çatdırılıb.
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov isə tələbələrə ifadə azadlığının cinayət hüquqi aspektləri haqqında ətraflı məlumat verib, seminar iştirakçılarını böhtan və təhqir cinayət əməllərinin anlayışı, tövsifi və məhkəmə icraatı barədə məlumatlandırıb.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 d. əvvəl
-
- 5 d. əvvəl
- 8 d. əvvəl
-
14 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
20 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 22 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
1 saat əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Prior Leasing"in xalis mənfəəti artıb
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
İran qida məhsullarının ixracını qadağan edib




























