Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın sığorta bazarının 70%-ə yaxını həyatın yaşam sığortası və icbari sığortaların hesabınadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın sığorta bazarının 70%-ə yaxını həyatın yaşam sığortası və icbari sığortaların hesabınadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr dövründə (10 ayda) sığorta şirkətləri tərəfindən hesablanmış cəmi 1 milyard 19 milyon 745 min manatlıq sığorta haqlarının 425 milyon 81 min manatı və ya 41,7 faizini həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları təşkil edib.

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi 1 milyard 19 milyon 745 min manatlıq sığorta haqlarının 525 milyon 588 min manatını və ya 51,5%-ni könüllü və icbari həyat sığortaları, 494 milyon 155 min manatını və ya 48,5 faizini təşkil könüllü və icbari qeyri-həyat sığortaları təşkil edib. 

Reklam_3_11

Əgər icbari sığortalar (həyat və qeyri-həyat) və həyatın yaşam sığortası olmasaydı, Azərbaycanın sığorta bazarı 323 milyon 810 min manat təşkil edərdi. Qısası, Azərbaycanın sığorta bazarının 68,2%-i və ya 695 milyon 935 min manatı icbari sığortalar və həyatın yaşam sığortası hesabınadır.

Həyatın Yaşam Sığortası zamanı əməkhaqqınızdan çıxılan vergi və sosial sığorta ödənişləri hesabınıza qayıdır. Üstəlik, həyatınız da sığortalı olur. "PAŞA Həyat Sığorta" şirkətinin saytında bildirilir ki, "əməkhaqqınızdan müəyyən hissəni hər ay "Həyatın Yaşam Sığortası"na yönləndirin və 3 ildən sonra həmin məbləğdən ödəməli olduğunuz gəlir vergisi və sosial sığorta ödənişləri tam şəkildə hesabınıza qayıdır. Əlavə olaraq, müddətin sonunda "PAŞA Həyat" Sizə əmanət faizi də (3%) ödəyir.

İcbari sığortalara isə - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta,  Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və digər icbari sığorta növləri daxildir.

Həyatın Yaşam Sığortası
26.11.2023 21:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ