"Fitch Solutions" gələn il üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqlayıb
"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) qarşıdakı 2024-cü il üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb.
FS 2024-cü ildə Azərbaycanda iqtisadi artımın 3.1% olacağını proqnozlaşdırıb.
"Fitch Solutions” 2024-cü il üzrə nominal ÜDM-in 168,6 mlrd. manata, adambaşına düşən ÜDM-in isə 16115 manata çatacağını proqnozlaşdırıb.
"Neft və qaz komandamız orta illik neft qiymətlərinin 2023-cü ildəki 80 dollar/bareldən 2024-cü ildə 83 ABŞ dolları/barelə yüksələcəyini proqnozlaşdırır. Daha yüksək neft qiymətləri və hasilatı 2024-cü ildə daha güclü artıma kömək edəcək, eyni zamanda inflyasiyanın tənzimlənməsi və aşağı uçot dərəcələri ev təsərrüfatları və investorlar üçün şərtləri asanlaşdıracaq. Biz inflyasiyanın 2024-cü ildə orta hesabla 7,5% təşkil edərək 2024-cü ilin sonunda 6,2%-ə enəcəyini gözləyirik. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin sonuna qədər uçot dərəcəsini 8,25%-ə qədər azaldacağını proqnozlaşdırırıq" - FS-in açıqlamasında əlavə edilib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















