Gəncədə əsas kapitala yönəldilmiş investisiyalar 17,5 faiz artıb
2023-cü ilin yanvar-sentyabr ayları üzrə Gəncə şəhərində əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Gəncə şəhərində 2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 92 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çox vəsait yönəldilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 82,6 faizi dövlət, 17,4 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 81,7 milyon manatı və ya 88,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 13,3 faiz artmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 34,1 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 22,1 milyon manatını, yaxud 64,7 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 12,0 milyon manatını və ya 35,3 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























